Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-dan acı etiraf: Rusiya və Çin qarşısında acizik

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidМногофункциональный истребитель Су-57
Многофункциональный истребитель Су-57 - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda onlara – Rusiya və Çinə qarşı durmağa heç nəyimiz yoxdur"

BAKI, 18 dekabr — Sputnik. Birləşmiş Ştatlar hazırda Rusiya və Çinin hipersəs sürətli silahları ilə mübarizə apara bilməz. Sputnik Azərbaycan "Fox News" telekanalına istinadən xəbər verir ki, bu qeyd ABŞ-ın Hesablama Palatasının hesabatında öz əksini tapır.

Американский ракетный эсминец McCampbell - Sputnik Azərbaycan
RUSİYA
ABŞ-a məxsus hərbi gəmi təhlükəli dərəcədə Rusiya bazasına yaxınlaşıb

Hesabat müəllifləri bildirirlər ki, Rusiya və Çin hipersəs sürətli silahlara investisiya yatırır. Belə ki, məhz bu silahlar hesabına onlar yeni raket əleyhinə sistemləri aşa bilərlər.

Qeyd olunur ki, bu, həmçinin Moskva və Pekinə nüvə silahı tətbiq etmək imkanı da verir: "Hazırda onlara – Rusiya və Çinə qarşı durmağa heç nəyimiz yoxdur".

Telekanalın məlumatına görə, Pentaqon yeni müqavilələr bağlamaqla bu seqmentdə olan geriliyi aradan qaldırmaq niyyətindədir.

Qeyd edək ki bu ilin noyabrında Rusiya Müdafiə Nazirliyi Suriyada beşinci nəsil aviasiya kompleksinin hərbi fəaliyyətinin nümayiş etdirildiyi kadrları yayımlayıb. 1 dəqiqə 20 saniyəlik video Rusiya Müdafiə Nazirliyinin "Vkontakte"-dəki rəsmi hesabında yayımlanmışdı.

"Uçuşlar yeni nəsil təyyarənin real hərbi döyüşlər şəraitində bəyan edilən imkanlarını nümayiş etdirmək üçün həyata keçirilib" - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Uçuşlar zamanı pilotlar təyyarənin uçuş-texniki xüsusiyyətlərini, intellektual informasiya – idarəetmə kompleksini, silahlanma kompleksi də daxil olmaqla bütün bort sistemin işini yoxlayıb. Ümumilikdə, ekipaj "Su-57" təyyarəsində 10-dan artıq uçuş həyata keçirib.

"Su-57" beşinci nəsil Suriya aviasiya kompleksidir. Kompleks bütün növ hava, yerüstü və suüstü hədəfləri məhv etməyə qadirdir. Təyyarə yüksək manevrliyə, həmçinin hipersəs rejimində uçuş həyata keçirmək imkanına malikdir. Təyyarə bir saatda 2600 kilometr məsafə qət etmək iqtidarındadır.

Xəbər lenti
0