BAKI, 17 dekabr — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər yaralanıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Məlumata əsasən, göz nahiyəsindən yaralanan əsgər dərhal Xankəndindəki hospitala çatdırılıb. Rafik Babanyan adlı hərbçinin təvəllüdü açıqlanmır.
Onun vəziyyəti ağır olduğundan Yerevana aparılması barədə qərar qəbul edilib.