BAKI, 17 dekabr — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgəri minaya düşüb. Bu barədə Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir.
Məlumata əsasən, yaralı əsgər Qevork Ovanisyan Ermənistan Müdafiə Nazirliyinin Yerevanda yerləşən Mərkəzi Klinik Hospitalına gətirilib. Onun ayaq və üz nahiyəsindən yaralandığı bildirilib. Əsgərin vəziyyətinin ağır olduğu qeyd edilir.
Bu gün həmçinin, hospitala qarın nahiyəsindən yaralanan digər hərbçi də gətirilib. Bununla da 3 gün ərzində hospitala 4 hərbçi gətirilib.