Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov-Çavuşoğlu görüşü baş tutub

© Sputnik / Nina Zotina  / Mediabanka keçidÇavuşoğlu və Rusiya xarici işlər naziri Lavrov
Çavuşoğlu və Rusiya xarici işlər naziri Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Təkbətək görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq, həmçinin regional məsələləri müzakirə etdiyi bildirilir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlunun Bakıda ikitərəfli görüş baş tutub. Sputnik Azərbaycan-ın məlumatına görə görüş Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 39-cu iclası çərçivəsində keçirilib.

Təkbətək görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq, həmçinin regional məsələləri müzakirə etdiyi bildirilir.

Qeyd edək ki, Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası başlayıb. İclasa Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edir. İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 39-cu iclası başlayıb - Sputnik Azərbaycan
Azərbaycan və Avropa İttifaqı marta qədər saziş imzalayacaq

Xatırladaq ki, bu ilin iyulun 1-dən QDİƏT-ə Azərbaycan sədrlik edir. Ölkənin təşkilata sədrliyi "Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi" şüarı altında həyata keçirilib. Azərbaycanın QDİƏT-ə sədrliyi dekabrın 31-də başa çatacaq və sonra Bolqarıstana keçəcək.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyə Respublikasının təklifi ilə 1992-ci il iyunun 25-də İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hazırda təşkilatın 12 ölkə - Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna təşkilatın üzvüdür. 14 dövlət və 4 təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdir.

Xəbər lenti
0