BAKI, 13 dekabr — Sputnik. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın ("DQR") "müdafiə naziri" Levon Mnatsakanyan "istefaya" göndərilib. Sputnik Ermənistan xəbər verir ki, bunu "Qraparak" nəşri yazıb.
"Facebook"un erməni seqmentində şayiələr yayılır ki, Qarabağ "rəhbərliyində" kadr dəyişiklikləri baş verib. Levon Mnatsakanyan tutuduğu "vəzifədən" uzaqlaşdırılıb. Onun yerinə isə "Baş Qərargah rəsisi" Karen Abraamyan "təyin olunub".
Nəşrin məlumatına görə, "DQR"-də "Təhlükəsizlik Şurasının sədri" Vitali Balasanyan və "prezidentin müşaviri" Arşavir Qaramyan da istefaya göndərilib. Adı çəkilən şəxslərin Paşinyanın qəzəbinə tuş gəldiyi bildirilir.
Məlumatda qeyd olunur ki, hazırda "sabiq baş nazir" Araik Arutunyan Moskvadadır. İstisna olunmur ki, Ermənistan məhz onu Bako Saakyanın "xələfi" kimi görür. Onun Ermənistanın yeni rəhbərliyi ilə çox yaxşı əlaqələri var.