Son illərdə Yaxın Şərqdə qonşu bölgələrdə vəziyyətin sabitləşməsini təhdid edən ağır proseslər baş verir. Bu səbəbdən Yaxın Şərqin qonşuluğundakı müxtəlif dövlətlərin münasibətlərində təhlükəsizlik məsələsi daim gündəmdədir.
Gələn il bu proseslərin necə inkişaf edəcəyi və regional təhlükəsizliyə hansı təsirləri göstərəcəyi barədə 10 dekabr saat 14:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək Dəyirmi Masada söhbət açılacaq. Tədbirdə bu şərqşünaslar və politoloqlar iştirak edəcəklər: Fikrət Sadıxov, Şıxəli Əliyev, Zaur Məmmədov, Rizvan Hüseynov, Murad Sadıqzadə və Şamil Tağıyev.
Əlaqə vasitələri:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi, Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin redaksiyası.