Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rəsmi Moskva Donald Trampın son qərarına münasibət bildirib

© Sputnik / Murad OrujovВид на московский кремль с большого каменногомоста
Вид на московский кремль с большого каменногомоста - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp Vladimir Putinlə görüşdən imtina edib

BAKI, 30 noyabr - Sputnik. Rəsmi Moskva ABŞ administrasiyasının Rusiya və Amerika prezidentlərinin planlaşdırılan görüşünü ləğv etməsi barədə qərar qəbul etməsindən təəssüflənir.

“Report” xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"ABŞ administrasiyasının iki ölkə prezidentinin Buenos-Ayresdə planlaşdırılan görüşünü ləğv etmək barədə qərarına təəssüflənirik. Bu, beynəlxalq və ikitərəfli gündəlikdə olan ciddi məsələlərin müzakirəsinin qeyri-müəyyən müddətə təxirə salınması deməkdir. Rusiya prezidenti Vladimir Putinə gəldikdə isə, o, amerikalı həmkarı ilə əlaqə qurmağa hazırdır", - deyə o bildirib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə nəzərdə tutulan görüşdən imtina edib. 

Buna səbəb Ukrayna ilə Rusiya arasında Kerç boğazında baş vermiş gərginlikdir. 

Qeyd edək ki, hər iki lider arasında Argentinada noyabrın 30-dan dekabrın 1-dək keçiriləcək G-20-liyin sammiti çərçivəsində görüş planlaşdırılmışdı. 

Xəbər lenti
0