BAKI, 30 noyabr — Sputnik. Biz postsovet məkanında olan münaqişələrə göz yuma bilmərik. Sputnik Azərbaycan "Deutsche Welle"-yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel noyabrın 29-u Berlində keçirilən üçüncü Almaniya – Ukrayna iqtisadi forumunda çıxışı zamanı bildirib.
"Əgər siz Rusiya ilə qonşu ölkələrdə vəziyyətə baxsanız görərsiniz ki, Gürcüstanın Cənubi Osetiya və Abxaziya ilə problemləri, Moldovada Dnesteryanı, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi, eləcə də Ukraynanın şərqində münaqişə var" – deyə Merkel qeyd edib.
Onun sözlərinə görə, belə münaqişələrin mövcudluğu onlara istədikləri kimi inkişaf etməyə mane olur: "Biz buna göz yuma bilmərik".