Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünyanın dörd gözlə gözlədiyi görüşün vaxtı bilindi

© REUTERS / Leonhard FoegerPutin və Tramp
Putin və Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşə iki saatdan çox vaxt ayrılıb

BAKI, 29 noyabr — Sputnik. Rusiya və Birləşmiş Ştatlar prezidentləri Vladimir Putin və Donald Trampın görüşü dekabrın 1-i Argentinada "G20" sammiti çərçivəsində olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu nümayəndə heyətlərindən birində olan mənbə "RİA Novosti"yə açıqlamasında bildirib.

Mənbənin verdiyi məlumata görə, görüşə iki saatdan çox vaxt ayrılıb.

Vladimir Putin - Sputnik Azərbaycan
RUSİYA
Putin Səudiyyə Ərəbistanının şahzadəsi ilə görüşə bilər

"Putin və Trampın görüşü Moskva vaxtı ilə saat 17:30-da (Bakı vaxtı ilə 18:30) dekabrın 1-də Argentinada keçiriləcək".

Qeyd edək ki, ötən gün Donald Tramp "Washington Post" nəşrinə müsahibəsində bildirib ki, Argentinada keçiriləcək "G20" sammiti çərçivəsində Vladimir Putinlə nəzərdə tutulan görüşü ləğv edə bilər.

ABŞ prezidenti görüşün mümkün ləğvinin Kerç boğazında yaranan vəziyyətlə bağlı olduğunu deyib: "Bu aqressiya mənim xoşuma gəlmir. Ümumiyyətlə mən aqressiya istəmirəm".

Tramp əlavə edib ki, yaxın vaxtlarda xüsusi xidmət orqanlarından insidentlə bağlı tam hesabat gözləyir.

ABŞ prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Tramp: "Bir zənglə neftin qiymətini aşağı saldım"

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.

Xəbər lenti
0