Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin, Nazarbayev və Lukaşenko bu gün Ermənistanla bağlı önəmli qərar verəcək

Abunə olmaq
Liderlər həm qapalı, həm də geniş tərkibli formatda görüşlər keçirəcəklər

BAKI, 8 noyabr — Sputnik. Bu gün Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhülkəsizlik Şurasının iclası keçiriləcək. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Şuranın iclasında Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov və Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iştirak edəcək.

Liderlər həm qapalı, həm də geniş tərkibli formatda görüşlər keçirəcəklər. Görüşlər zamanı beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Sessiya zamanı 20-yə yaxın beynəlxalq sənədin imzlanaması gözlənilir. Görüşün yekunu olaraq KTMT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək.

Bu günkü sammitdə, həmçinin KTMT-nin yeni baş katibinin də seçiləcəyi gözlənilir. Diplomatik mənbələr Ermənistan nümayəndəsi Yuri Xaçaturovun istefaya göndərilməsindən sonra boşalan bu posta Belarus nümayəndəsi, ölkənin Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın seçiləcəyini bildiriblər. Lakin Ermənistan tərəfi Xaçaturovun yerinə öz nümayəndəsini təyin etmək niyyətindədir.

Генеральный секретарь Организации Договора о кол­лек­тив­ной безопасности (ОДКБ) Юрий Хачатуров - Sputnik Azərbaycan
"Əliqanlı general" gecə ilə Yerevana qayıtdı, həbsi gözlənilir

Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan dəfələrlə bildirib ki, Ermənistan KTMT baş katibi vəzifəsinə sabiq müdafiə naziri, general Mikael Arutyunyanın namizədliyini irəli sürəcək.

Qeyd edək ki, həm general Stanislav Zas, həm də Arutyunyan vaxtilə Bakıda hərbi təhsil alıblar.

Onu da əlavə edək ki, Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının sabiq rəhbəri Yuri Xaçatorov Ermənistana qayıdıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın "Jovohurd" nəşri məlumat yayıb.

Məlumata əsasən, Xaçaturov ötən gün gecə saatlarında Yerevana qayıdıb. Onun həbs olunacağı göslənilir.

Noyabrın 2-də Yuri Xaçaturov KTMT-nin baş katibi vəzifəsindən azad edilib. Belə ki, Ermənistan KTMT ölkələrini təşkilatın baş katibinin dəyişdirilməsi prosesinə başlamağa dəvət edib.

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Ermənistan İstintaq Komitəsi Xaçaturovu 2008-ci il martın 1-də etiraz aksiyalarını dağıtdığı üçün konstitusiya qaydalarını pozmaqda ittiham edir. Bu səbəbdən göz altına alınan Xaçaturov, sonradan zaminə buraxılıb.

Xatırlatmaq yerinə düşər ki, 2008-ci ildə keçirilən seçkilərdə Serj Sarkisyana məğlub olan ilk prezident Levon Ter-Petrosyanın rəhbərliyi ilə erməni müxalifəti Yerevanın mərkəzində seçkilərin nəticələrinə etiraz olaraq mitinqlər keçirib. Etiraz aksiyaları zamanı polis və mitinqçilər arasında toqquşma baş verib, nəticədə 10 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb.

İstintaq bu fakt üzrə Xaçaturovla yanaşı, keçmiş prezident Robert Koçaryan və keçmiş müdafiə naziri Mikayel Harutyunayanı da ittiham edir.

Xəbər lenti
0