Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dövlət Dumasından prezident İlham Əliyevə məktub göndərilib

© Sputnik / Murad OrujovДепутат Госдумы РФ Дмитрий Савельев
Депутат Госдумы РФ Дмитрий Савельев - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı deputat: Azərbaycan gözümüzün qabağında çiçəklənir

BAKI, 8 noyabr — Sputnik. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. O, bu məqsədlə göndərdiyi təbrik teleqramında yazıb:

"Hörmətli cənab Prezident! İcazə verin Sizi və bütün qardaş Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edim. Müstəqil Azərbaycanın bu ən mühüm simvolu Azərbaycan xalqının birliyini və milli dəyərlərə sadiqliyini təcəssüm etdirir. Sizin müdrik rəhbərliyiniz sayəsində, dünyanın siyasi arenasında Respublikanın nüfuzu hər il artır, ölkəniz daha da gözəlləşir və gözümüzün önündə çiçəklənir, vətəndaşlarının rifahı yüksəlir".

Savelyev təbrik məktubunun sonunda bütün Azərbaycan xalqına və şəxsən Prezident İlham Əliyevə xoşbəxtlik, sağlamlıq, sülh, respublikamıza yeni nailiyyətlər arzulayıb.

Xəbər lenti
0