BAKI, 2 noyabr — Sputnik. Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə qoşunların təmas xəttindəki son vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunub.