BAKI, 1 noyabr — Sputnik. Rusiyanın baş naziri Dmitri Medvedyev Ukrayna tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalara cavab olaraq, qarşı tərəfə sanksiyaların tətbiqinə dair sərəncam imzalayıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
"Sanksiyalar 322 fiziki və 68 hüquqi şəxsə şamil olunacaq. Qərar Ukrayna tərəfinin Rusiya vətəndaşları və hüquqi şəxslərinə qarşı qeyri-dostyana hərəkətlərinə qarşı və ikitərəfli əlaqələrin normallaşdırılmasına yönəlib" - deyə sənədin mətnində bildirilir.
Sanksiyalar nəticəsində Rusiya ərazisində nağdsız pul vasitələrinin, sənədsiz qiymətli kağızların və əmlakın bloklanmasını, həmçinin Rusiya xaricinə pul vasitələrinin köçürülməsini qadağan edir.