Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 26 oktyabr — Sputnik. Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) mümkün üzvlüyü məsələsinə münasibət bildirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, o bildirib ki, KTMT-nın aparıcı üzvü olan Rusiya Azərbaycan kimi güclü və etibarlı bir ölkənin quruma üzv olma imkanını alqışlayır.
"Azərbaycan Cənubi Qafqazda özünün etibarlı tərəfdaş olduğunu sübut edib. Azərbaycan günü-gündən regionun sabitliyinə, burada gedən dinc proseslərə müsbət təsir edir" - deputat vurğulayıb.
Ermənistan tərəfinin Azərbaycanın KTMT-ya üzvlüyünə veto qoyacağına dair səsləndirdiyi bəyənata münasibət bildirən Savelyev qeyd edib ki, bu cür bəyənatlar qurum daxilində sabitliyə təsir edir: "Hesab edirəm ki, biz Rusiya olaraq Azərbaycanın quruma üzv olması məsələsində israrçı mövqe tutacağıq. Şübhəsiz ki, biz Azərbaycanın quruma üzv olmasının tərəfdarıyıq".