Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Polis rəisinin sürücünu döyməsi kameralara düşdü

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidАвтомобиль полиции на улице Москвы, фото из архива
Автомобиль полиции на улице Москвы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə oktyabrın əvvəllərində baş verib

BAKI, 25 oktyabr — Sputnik. Rusiyanın Dağıstan Respublikasının Buynaksk rayonunun Yol polisi idarəsinin rəisinə qarşı cinayət işi açılıb. Onu dövlət orqanlarının nüfuzuna ləkə gətirməkdə ittiham edirlər. Sputnik Azərbaycan xəbər verir ki, rəis yolda saxlanılmış sürücüyə qarşı güc tətbiq edib. Onun bu hərəkətləri kameraya düşüb.

Hadisə oktyabrın əvvəllərində baş verib: polis işçisi "Qazel" markalı avtomaşını saxlayıb. Daha sonra "Qazel"in açarlarını çıxararaq yerə atıb və sənədləri göstərmək istəyən sürücünü döyməyə başlayıb. Döydükdən sonra isə yoluna davam edib.

Sözügedən polis rəisi artıq saxlanılıb. Onu 3 ildən 10 ilədək həbs cəzası gözləyir.

Xəbər lenti
0