Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rusiyada 15 terror aktının qarşısı alınıb"

© Sputnik / Yevgeniya Novozhenina / Mediabanka keçidRusiyada polis əməkdaşı, arxiv şəkli
Rusiyada polis əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə başçısı güc strukturlarını bundan sonra da Milli Anti-terror Komitəsi ilə koordinasiya şəklində qətiyyətli və effektiv şəkildə əməkdaşlıq etməyə çağırıb

BAKI, 25 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin ilin əvvəlindən Rusiyada qarşısı alınan terror aktlarından danışıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, o müvafiq informasiyanı yüksək rütbəli zabitlər və prokurorlarla görüşündə səsləndirib.

"Bu ilin 9 ayı ərzində Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən 26 terror istiqamətində cinayətin qarşısı alınıb ki, onlardan da 15-i terror aktıdır", — deyə Putin qeyd edib.

Ölkə başçısı güc strukturlarını bundan sonra da Milli Anti-terror Komitəsi ilə koordinasiya şəklində qətiyyətli və effektiv şəkildə əməkdaşlıq etməyə çağırıb.

Putin, həmçinin çıxışında Rusiya hərbçilərinin döyüş və operativ hazırlığının artırılmasını məsələsini qaldırıb.

Xəbər lenti
0