Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı iş adamı Rusiya prezidentinə "tövbə" məktubu ünvanladı

© Sputnik / Said TsarnayevTelman İsmayılov
Telman İsmayılov - Sputnik Azərbaycan
Abunə olmaq
İsmayılov məktubunda qeyd edib ki, "Çerkizov" bazarı bağlanandan sonra o, ən ədalətsiz vəziyyətə düşüb

BAKI, 23 oktyabr — Sputnik. Məşhur iş adamı Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə etiraf edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, iş adamı prezidentə məktub yazıb.

Məktubda İsmayılov iddia edib ki, keçmiş biznes ortağının qurbanı olub.

Məktub birbaşa ölkə başçısına ünvanlanıb. Qeyd olunur ki, məktub 12 səhifədən ibarətdir. 

Moskvada təcili tibbi yardım maşını - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rusiyada azərbaycanlı biznesmeni öldürdülər

İsmayılov məktubunda qeyd edib ki, "Çerkizov" bazarı bağlanandan sonra o, ən ədalətsiz vəziyyətə düşüb. Belə ki, onun şərikinə biznesini davam etdirmək üçün böyük ərazi ayrılsa da, ona heç nə verilməyib.

Bununla yanaşı, İsmayılovun sözlərinə görə, köhnə şərikləri əlaqələrinin köməyi ilə ona hücumlar edib, maliyyə vəziyyətini pozublar. Bundan sonra o, hüquq-mühafizə orqanları xətti ilə izlənməyə başlayıb.

Nəticədə iş adamı ölkədən çıxıb. Daha sonra isə iki qətl törətməkdə ittiham edilib.

Məlumata görə, Telman İsmyaılovun qardaşları Fazil və Vaqif (axtarışdadırlar) Fransa və Monteneqro arasında gedib-gəlirlər. İsmayılov özü isə bir müddət Türkiyədə yaşayıb. Ancaq məlumata əsasən, T.İsmayılov Türkiyəni də tərk etməli olub. Belə ki, Türkiyə polisinin T.İsmayılova qarşı "qanuni oğru" Rövşən Canıyevin öldürülməsi ilə bağlı sualları meydana gəlib.

Xəbər lenti
0