Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kəkliklər insanların paytaxta uçmasına imkan vermədilər

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidAirbus A320 təyyarə
Airbus A320 təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
Aviaşirkətdən bildiriblər ki, 6:57-də təyyarənin pərinə iki kəklik daxil olub

BAKI, 20 oktyabr — Sputnik. Rusiyada kəkliklər Airbus A320 təyyarəsinin pərinə girib. Bununla da təyyarə göyə qalxa bilməyib və reys təxirə salınıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı heç kim xəsarət almayıb. Təyyarə Omskdan Moskvaya uçmalı imiş.

Aviaşirkətdən bildiriblər ki, 6:57-də təyyarənin pərinə iki kəklik daxil olub. Təyyarə göyə qalxmayıb. Təyyarədə 157 sərnişin və 7 heyət üzvü olub.  Mütəxəssislər təyyarəni təmir edəcəklər. 

Xəbər lenti
0