Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya prezidenti qonşu ölkəyə səfər edəcək

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidPutin və Ərdoğan
Putin və Ərdoğan - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Türkiyəyə səfər edəcəyini təsdiqləyib

BAKI, 17 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin qatılacağı Suriya mövzusunda dördtərəfli zirvə üçün hazırlıq aparıldığını və Rusiya prezidenti Vladimir Putinin İstanbuldakı bu zirvəyə qatılacağını deyib.

Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov Rusiya, Türkiyə, Almaniya və Fransa liderləri arasında İstanbulda dördlü zirvə həyata keçirilməsi üzərində razılaşdırıldığını, zirvə görüşünün yaxın vaxtlarda keçiriləcəyini söyləmişdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7 sentyabrda İstanbulda Rusiya, Fransa, Almaniya və Türkiyə liderləri arasında dördtərəfli sammit keçiriləcəyini demiş, lakin, sammit baş tutmamışdı.

Xəbər lenti
0