Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakılı məşhur rus müğənniyə istənilən məbləğdə pul xərcləməyə hazır olduğunu bildirib

© Photo : Instagram / buzova86Ольга Бузова
Ольга Бузова - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur bakılı dizayner, stilist Vlad Lisovets rusiyalı müğənni Olqa Buzovaya istənilən məbləği ödəməyə hazırdır, təki onunla şəkil çəkdirməyə razı olsun

BAKI, 12 oktyabr — Sputnik. Məşhur bakılı dizayner, stilist Vlad Lisovets rusiyalı müğənni Olqa Buzovaya istənilən məbləği ödəməyə hazırdır, təki onunla şəkil çəkdirməyə razı olsun.

Rusiyalı ulduz Olqa Buzova isə azərbaycanlı dizayner və stilist Vlad Lisovetsin arzusunu yerinə yetirərək onunla şəkil çəkdirib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Regina Todorenkonun aparıcısı olduğu "Pyatnitsa s Reqinoy" (Regina ilə cümə günü) verlişinin Youtube sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən çarxında məlumat verilib. Verlişin ilk buraxılışının çəkilişləri Vlad Lisovetsin ofisində olub. Orada ofisdən kadrlar da yer alıb.

Şounun ilk qonağı müğənni və aparıcı Olqa Buzova olub. Veriliş çəkilən arada Lisovets bu müğənni ilə şəkil çəkdirmək barədə çoxdankı arzusunu həyata keçirib. Çəkilişə görə, o, hətta Buzovaya nə qədər desə, o qədər pul ödəməyə hazır olduğunu da bildirib. Amma müğənni bu puldan imtina edərək stilistlə havayı şəkil çəkdirməyə razılıq verib.

"Pyatnitsa s Reqinoy" şousunun qonaqları hər dəfə ayrı-ayrı məşhurlar olur. Onlar verlişdə öz fəaliyyətləri, yeni planları və şəxsi həyatları barədə danışırlar.

Vlad Lisovets artıq uzun illərdir Moskvada yaşayır və işləyir. Buna baxmayaraq, tez-tez doğma vətəni Bakıya gəlir.

Xəbər lenti
0