Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan parlamentində ciddi etiraz: Moskvaya müraciət olunacaq

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Hüseynli: "Rusiya dövlət dumasının xarici əlaqələr komitəsinin sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi"

BAKI, 12 oktyabr — Sputnik. "Milli Məclisin deputatlarının oktyabrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağa səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinə, eyni zamanda digər komitələrə kəskin arqumentlərlə müraciət hazırlamışıq".

Siyavuş Novruzov - Sputnik Azərbaycan
Siyavuş Novruzov: "Azərbaycanı istəməyən qüvvələr aranı qatmağa çalışırlar"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib: "Bu müraciəti həm mən, həm də Azərbaycan-Rus icmasının sədri Mixayıl Zabelin imzalayacaq. Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya dövlət dumasının xarici əlaqələr komitəsinin sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi".

"Əmin ola bilərsiniz ki, bu məsələ diqqət mərkəzindədir. Müraciətimizdə qeyd etmişik ki, Rusiya Federal Məclisi Dövlət Dumasının rəhbərliyi üzvlərə prosedur qaydada xəbərdarlıq etsin ki, işğal olunmuş ərazilərə getməsinlər" — deyə o bildirib.

Xəbər lenti
0