QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyandan gözlənilməz bəyanat: "Əliyevlə bir sıra məsələlərdə razılığa gəldik"

© Sputnik / Asatur YesayantsПремьер-министр Армении Никол Пашинян после встречи с руководителем фракции РПА Ваграмом Багдасаряном (1 октября 2018). Еревaн
Премьер-министр Армении Никол Пашинян после встречи с руководителем фракции РПА Ваграмом Багдасаряном (1 октября 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
"Dinc nizamlanma üçün lazımi atmosfer olmadıqda münaqişənin nizamlanmasından danışmaq olmaz"

BAKI, 11 oktyabr — Sputnik. "Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin formatının dəyişdirilməsi məsələsini qaldırmayıb". Sputnik Azərbaycan "Armenpress"-ə istinadən xəbər verir ki, bunu "France 24" telekanalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
QARABAĞ
MDB-nin icraçı katibi: "Əliyevlə Paşinyanın görüşü Qarabağda gərginliyi azaltdı"

"Danışıqlar prosesi ATƏT-in Minsk Qrupunun həmsədrləri formatında davam etməlidir" — deyə Paşinyan qeyd edib.

Erməni baş nazir, eyni zamanda MDB sammitinin kuluarlarında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə və əldə olunan razılaşmalara da toxunub. O vurğulayıb ki, Əliyevlə, yalnız Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini deyil, həm də dinc yolla nizamlanma üçün lazımi atmosferin yaradılması məsələsini də müzakirə ediblər.

"Dinc nizamlanma üçün lazımi atmosfer olmadıqda münaqişənin nizamlanmasından danışmaq olmaz. Biz Azərbaycan – Ermənistan sərhədi və cəbhə xəttində gərginliyin azaldılması üçün bır sıra problemlərlə bağlı razılığa gəldik" — deyə Paşinyan vurğulayıb.

Xəbər lenti
0