BAKI, 8 oktyabr — Sputnik. "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə real olan yalnız bir perspektiv var: Münaqişə. yalnız danışıqlar vasitəsilə və yolu ilə nizamlanmadır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "İzvestiya" qəzetinə müsahibəsində, "Ermənistandakı yeni rəhbərlik dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı perspektivlər açılır?" sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri — Fransa və ABŞ ilə sıx əməkdaşlığa davam edir.
Rusiya XİN rəsmisi vurğulayıb ki, onun ölkəsi sülh razılaşmalarının hazırlanmasında münaqişə tərəflərinə yardım etmək üçün əlindən gələn hər şeyi etməyə səy göstərir: "Belə mövqeyimiz dəyişməz olaraq qalır. Bu, Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyasında əksini tapıb və Vladimir Putinin hər iki ölkənin liderləri ilə son görüşlərində bir daha təsdiqlənib".