Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şahzadədən Rusiya üçün məyusedici proqnoz

© REUTERS / Lucy NicholsonNeft nasosu, arxiv şəkli
Neft nasosu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Səudiyyə Ərəbistanı üçün bu ssenaridə heç bir risk yoxdur"

BAKI, 6 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd Əl-Səud hesab edir ki, gələcəkdə neft bazarı əhəmiyyətli dərəcədə azalacaq. Sputnik Azərbaycan xəbər verir ki bunu şahzadə "Bloomberg" nəşrinə müsahibəsində bildirib.

O bildirib ki, neftə tələbat 2030-cu ilə qədər artacaq. Onun qiymətləndirməsinə görə, hər il neftə tələbat 1-1,5% artacaq. Əl-Səud düşünür ki, 2030-cu ildən sonra tələbat azalmağa başlayacaq. Şahzadə Səudiyyə Ərəbistanının hesablamalarına istinad edərək bu vaxta qədər bir çox neft istehsalçılarının, məsələn, Çin və Rusiyanın "yoxa çıxacağını" bildirib.

"Biz hesab edirik ki, beş il sonra Çin neft hasilatını kəskin şəkildə azaldacaq. Ola bilsin ki, ölkə hətta beş il sonra neft hasilatını belə tamamilə dayandırsın. 19 il sonra Rusiyada da neft hasilatı əgər yox olmasa belə, kəskin şəkildə azalacaq" – deyə Səudiyyə şahzadəsi vurğulayıb.

Bu arada o vurğulayıb ki, Səudiyyə Ərəbistanı üçün bu ssenaridə heç bir risk yoxdur və ehtimal edib ki, yaxın onillikdə neftə olan tələbat indiki səviyyədə qalacaq.

Xəbər lenti
0