QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Parlamentdə "Qarabağa azadlıq" mitinqinə sərt etiraz: "Erməni dəyirmanına su tökürlər"

© Sputnik / Murad OrujovРабочее место депутата парламента Азербайджана
Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Siyavuş Novruzov - "Qarabağla heç bir bağlılığı olmayan insanların bu məsələni ortaya atması cəmiyyətdə çaşqınlığa xidmət edir"

BAKI, 5 oktyabr — Sputnik. "Son dövrlərdə bir qrup insan Dağlıq Qarabağ adı altında müxtəlif kütləvi aksiyalar keçirir. Qarabağla heç bir bağlılığı olmayan insanların bu məsələni ortaya atması, erməni dəyirmanına su tökməklə yanaşı, cəmiyyətdə çaşqınlığa xidmət edir".

“Qarabağa azadlıq!” mitinqi, 29 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
SİYASƏT
“Qarabağa azadlıq!” mitinqi keçirilib

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib. Dağlıq Qarabağla bağlı məsələnin hər zaman diqqətdə saxlanıldığını deyən deputat söyləyib ki, Azərbaycan Prezidenti bu istiqamətdə işlər görür.

"Bütün beynəlxalq təşkilatlarda nəinki işğal olunmuş ərazilər, eyni zamanda vaxtilə Azərbayana aid olan torpaqlarla bağlı həqiqətlər dünyaya çatdırılır. Azərbaycan Prezidenti danışıqlarla bağlı mütəmadi olaraq vətəndaşlara hesabat verir. İstər forumlarda, istərsə də regionlara səfərləri zamanı hər zaman Dağlıq Qarabağ məsələsinə toxunur. Bu, ictimaiyyətə bəllidir. İctimaiyyət də bu il keçirilən prezident seçkilərində dövlət başçısına yekdilliklə səs verərək bu hüququn yalnız prezidentə aid olduğunu təsdiqləmiş oldu" — millət vəkili vurğulayıb.

S.Novruzov bildirib ki, Dağlıq Qarabağla əlaqədar ən kəskin münasibət dövlət başçısı tərəfindən göstərilir: "Azərbaycan xalqının verdiyi mandatla problemin həlli istiqamətində məsələlər davam edir. Qarabağ bütün azərbaycanlılarındır. Azərbaycan bütün danışıqlarda, ordunun gücləndirilməsində bu məsələyə hazırlığını sübut edir və ortaya qoyub. Bu il ölkədə keçirilən iki hərbi parad buna nümunədir".

"Azərbaycan sülh tərəfdarı olduğunu, yalnız sülh mümkün olmadığı təqdirdə hərbi yola əl atacağını hər zaman açıqlayıb. Lakin bundan sui-istifadə edənlər, torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkünlərə çağırış edərək onları mənəvi terrorla üz-üzə qoyurlar. Burada "mənim, sənin" məsələsi ola bilməz. Bu məsələ ilə kimlərəsə terror etmək hüququ verilməyib. 1 milyon qaçqını təhdid etməklə nəyə xidmət edirlər?" — deputat narazılığını dilə gətirib.

O, bu gün qaçqın və məcburi köçkünlər üçün evlər, mənzillər tikildiyini deyib: "Təbii ki, onlar öz yurd-yuvalarına qayıdacaqlar. Lakin onları mənəvi terrora məruz qoymağa, onları aşağılamağa heç kimə hüquq verilməyib. Milli Məclis üzvləri və hər kəs bilir ki, Dağlıq Qarabağ münaqişəsi hər hansı futbol meydançasında keçirilən mitinqlə həll olunan məsələ deyil. Dağlıq Qarabağ məsələsi Ali Baş Komandanın rəhbərliyi, beynəlxalq hüquq çərçivəsində, qanuni yolla azad olunacaq".

"Biz problemin sülh yolu ilə həllinə çalışırıq, olmayacağı təqdirdə hərbi yola əl atacağıq. Görəsən, indi etiraz edənlər bu münaribədə iştirak edəcəklərmi? O mitinqi edənlərin övladları gəlib orada iştirak edəcəklərmi? Necə ki vaxtilə bir maşın erməni başı gətirəcək deyənlər, həmin mitiqndə ön sırada dayanmışdılar. Çünki, onlar bulanıq suda balıq tutmğa çalışırlar. Azərbaycanın ərazi bütövlüyü onlar üçün əsas şərt deyil, onlar üçün əsas şərt belə oyunlarda oyunbazlıq etməkdir. Azərbaycan xalqı da bunu görür və bunun nəticəsi olaraq da, həmin insanları baykot edir. Çünki, məhz həmin insaların ucbatından bu gün qaçqın və məcburi köçkünlər öz torpaqlarını itiriblər, evlərindən didərgin düşüblər. Bu şəxslər Dağlıq Qarabağ adı altında insanların hisləri ilə oynamsınlar" — Novruzov fikrini yekunlaşdırıb.

Xəbər lenti
0