Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putindən Trampa qarşı gözlənilməz ittiham

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Donald, əgər neft qiymətlərinin artmasında günahkarı tapmaq istəyirsənsə, onda güzgüyə bax

BAKI, 3 oktyabr — Sputnik. Rusiyanı bir barel neft üçün 65-75 dollar qane edir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Enerji Həftəsində plenar iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin bildirib.

"Prezident Tramp… hesab edir ki, bu qiymət yüksəkdir. Mənə elə gəlir ki, o, qismən haqlıdır. Bizi bir barel üçün 65-70-75 dollar qane edir", — deyə Putin vurğulayıb.

Onun sözlərinə görə, bu enerji şirkətlərinin və investisiya prosesinin effektiv işləməsi üçün kifayətdir.

Bu arada Putin qeyd edib ki, hazırda neftin qiymətinin daha baha olması – bir növ hazırkı ABŞ Administrasiyasının işinin nəticəsidir: "İrana qarşı yeni sanksiyaların tətbiqinə dair gözləntilər, Venesuelada siyasi problemlər, Liviyada baş verənlərə bir baxın – dövlət məhv olub, məsuliyyətsiz siyasətin nəticəsi budur. Bu isə birbaşa dünya iqtisadiyyatına təsir edir. Biz belə nasazlıqların baş verməməsi üçün yalnız energetika deyil, həm də siyasi sahədə də sıx əməkdaşlıq etməliyik".

Putin çıxışı zamanı Helsinkidə ABŞ prezidenti ilə görüşünü də xatırlayıb: "Bizim Helsinkidə ABŞ prezidenti ilə çox yaxşı görüşümüz baş tutdu, lakin biz hazırda müzakirə etdiyimiz bu mövzuya toxunsaydıq, mən ona deyərdim ki, Donald, əgər sən neft qiymətlərinin artmasında günahkarı tapmaq istəyirsənsə, onda güzgüyə bax".

Xəbər lenti
0