Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nazir müavini: "Rusiya və Azərbaycan arasında yeni səhifə açılır"

© Sputnik / Murad OrujovRusiyanın iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov
Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov - Sputnik Azərbaycan
Abunə olmaq
Rüfət Məmmədov hazırda ölkələrin beynəlxalq nəqliyyat dəhlizi olan Şimal-Cənub dəhlizi çərçivəsində imkanların genişləndirilməsi üzərində işlədiyini deyib

BAKI, 27 sentyabr — Sputnik. Rusiya və Azərbaycan arasında Xəzər dənizi üzərində neft-qaz əməkdaşlığının mövcud imkanlarından maksimum dərəcədə istifadə etməliyik. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov bildirib.

Onun sözlərinə görə, bura birgə müəssisələrin yaradılması, birgə istehsal sahələrinin qurulması daxildir: "Bu baxımdan Rusiya və Azərbaycan arasında yeni səhifə açılır ki, bu da böyük potensiala malikdir. Önəmli olan budur ki, bu istiqamətlərdə işlərə ən yüksək səviyyədə impuls verilir". 

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov - Sputnik Azərbaycan
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov

Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov hazırda ölkələrin beynəlxalq nəqliyyat dəhlizi olan Şimal-Cənub dəhlizi çərçivəsində imkanların genişləndirilməsi üzərində işlədiyini deyib. 

O, bildirib ki, bura mal və məhsulların dəmiryolu işə daşınması ilə yanaşı, Xəzər dənizində gəmilərlə, bərələrlə limanlara daşınması layihəsi də öz əksini tapıb: "Bununla əlaqədar biz Bakıdan Rusiyanın müxtəlif limanlarına bərə səfərlərinin təşkili üzərində danışırıq. Bura, həmçinin bizim limanların texnoloji imkanları, limanlararası gəmi reyslərinin artırılması daxildir. Bu Rusiya və Azərbaycan arasında logistika, nəqliyyat və daşımalar sahəsində ən vacib istiqamətlərdən biridir və bu istiqamətdə əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik".

Xəbər lenti
0