QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dağlıq Qarabağa dair Nyu-York görüşündən bədbin gözlənti var

© AFP 2024 / TIMOTHY A. CLARYНью-Йорк
Нью-Йорк - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Ermənistanın yeni hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair ciddi danışıqlara hazır deyil"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla  Zohrab Mnatsakanyan görüşəcək. Tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini müzakirə edəcəklər.

Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutacaq. Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edəcək.

© Photo : Social media page of Asim MollazadeAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan
Asim Mollazadə

Sputnik Azərbaycan görüşlə bağlı Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadənin gözləntilərini öyrənib. Onun fikrincə, Ermənistanın yeni hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair ciddi danışıqlara hazır deyil.

"Ermənistan rəsmiləri, hər zaman olduğu kimi yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Mən Nyu-Yorkda baş tutacaq danışıqlar zamanı hər hansı bir ciddi irəliləyiş əldə olunacağını gözləmirəm. Çünki, erməni tərəfi münaqişənin həllində sülhə, irəliləyişə hazır deyil" — deputat bildirib.

Baş nazir Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasında Dağlıq Qarabağ münaqişənin həllinə dair səsləndirdiyi fikirlərə toxunan millət vəkili qeyd edib ki, Ermənistanın yeni hakimiyyətinin əsas məqsədi özündən əvvəlki hakimiyyət kimi dünyanı, beynəlxalq ictimaiyyəti aldatmaq, Dağlıq Qarabağ münaqişəsi zonasında real vəziyyət barədə yanlış təəssürat yaratmaqdır.

"Paşinyan olduqca ciddi və təhlükəli bir oyun oynayır. Çünki, Paşinyan hakimiyyəti münaqişə zonasında vəziyyəti gərginləşdirərək sülh danışıqlarından imtina etməyə çalışır və hətta öz sahibləri olan Rusiyanı da aldatmaq istəyir. Düşünürəm ki, Rusiya Paşinyanı, Ermənistan hökumətini məhz buna görə ciddi cəzalandıra bilər" — Mollazadə vurğulayıb.

DİP sədrinin sözlərinə görə, bunu anlayan Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında beynəlxalq ictimaiyyətinin diqqətini tamamilə fərqli istiqamətə yönəltməyə çalışır: "Ermənistanın baş nazirinin oğlunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçməsinə nə ehtiyac var? Bu, bir daha Azərbaycan torpaqlarının məhz Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyinə dair konkret sübutdur. Bu faktın özü Paşinyanın danışdığı yalanı ifşa edir".

Xəbər lenti
0