Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bir qrup azərbaycanlının Moskva "qəhrəmanlığı"

© FB / sovcombank"Sovkombank"ın Moskva filialı, arxiv şəkli
Sovkombankın Moskva filialı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın universal kommersiya bankı olan "Sovkombank"ın Moskva şöbəsinin pul terminalını qarət etməkdə şübhəli bilinən altı nəfər azərbaycanlı saxlanılıb.

BAKI, 25 sentyabr — Sputnik. Rusiyanın universal kommersiya bankı olan "Sovkombank"ın Moskva şöbəsinin pul terminalını qarət etməkdə şübhəli bilinən altı nəfər azərbaycanlı saxlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sentyabrın 25-də Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəsmi saytında məlumat verilib.

RF DİN Moskva üzrə Baş İdarəsinin Cinayət-axtarış İdarəsi və Moskva şəhər Cənub-Şərq inzibati darəsinin Daxili İşlər İdarəsinin əməkdaşlarının Rusiya qvardiyasının iştirakı ilə keçirdiyi birgə əməliyyat nəticəsində pul terminalını yararaq oradan nağd pul çıxarmağa müvəffəq olan şəxslər tutulub.

Məlum olub ki, polisə qarətlə bağlı məlumat mühafizə xidmətindən daxil olub. Qarət Moskvanın Bolşaya Çerkizovskaya küçəsində yerləşən bankda baş verib.

Naməlum şəxslər bankın giriş qapısını itələyərək içəri daxil olublar. Qarət bankın girişində quraşdırılımış müşahidə kameraları tərəfindən qeydə alınıb. Bankdakı pul terminalında pul əskinasları olub. Banka dəymiş maddi zərərin məbləği 290 min rubl müəyyən edilib.

Bank terminalını soymağa görə saxlanılan şəxslər əvvəllər dəfələrlə məhkum həyatı yaşamış 22 yaşdan 40 yaşadək azərbaycanlılar olub. Daxili İşlər Orqanlarının İstintaq İdarəsində faktla bağlı cinayət işi qaldırılıb. Saxlanılan şəxslərə qarşı RF CM-nin 158-ci maddəsi (Oğurluq) ilə cinayət işi açılıb. Şübhəlilərlə bağlı həbs qətimkan tədbiri seçilib.

Hazırda polis orqanlarının əməkdaşları saxlanılan şəxslərin digər cinayətlərdə əlinin olub-olmadığını araşdırır.

Xəbər lenti
0