BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın əvvəlindən Cənubi Qafqazda vəziyyətə əhəmiyyətli dərəcədə təsir edə biləcək bir sıra əlamətdar hadisələr baş verib. Bu hadisələr sırasında Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri və onların bu ölkənin prezidenti Vladimir Putinlə görüşlərini göstərmək olar.
Azərbaycan hazırda cavab səfərini gözləyir – məlum olduğu kimi sentyabrın sonu Rusiya prezidenti Vladimir Putin Bakıya səfərə gəlir.
Hər iki ölkə liderinin qarşıdakı görüşündən olan gözləntilər və Azərbaycan-Rusiya münasibətlərinin hazırda hansı inkişaf mərhələsində olması barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov 21 sentyabr saat 16:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində danışacaq.
Əlaqə vasitələri:
Telefonlar: 404-13-84/85,
E-mail: i.velizade@rian.ru.
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.