QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Min nəfərdən çox soydaşımız əsir və girovluqdan azad edilib

© REUTERS / Umit BektasМальчик в лагере для беженцев в городе Османие, Турция
Мальчик в лагере для беженцев в городе Османие, Турция - Sputnik Azərbaycan
Abunə olmaq
Komitə sədri: "Hazırda 29 uşaq, 98 qadın və 112 nəfər yaşlı insan girovluqdadır"

BAKI, 20 sentyabr — Sputnik. "Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onların 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu uşaqlar təşkil edir".

© Sputnik / Murad OrujovAilə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova
Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova - Sputnik Azərbaycan
Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova

Sputnik Azərbaycan xəbər verir ki bunu Bakıda keçirilən NATO-nun Qadınlar, Sülh və Təhlükəsizlik Konfransında çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqrımı törədib.

"Həmin soyqırım dünyanın 10 dövləti tərəfindən tanınıb. Azərbaycan münaqişə müddətində 1114 nəfərin əsir və girovloqdan azad edilməsinə nail olub. Əsirlikdən xilas olanlardan 223-ü uşaq, 363-ü qadın, 224-ü yaşlı insanlardır. Onların yenidən cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işlərinin aparılması çox vacibdir" — o bildirib.

"Eyni zamanda 29 uşaq, 98 qadın və 112 qoca hazırda girovluqdadır. Onların taleyi hələ də məlum deyil və bu gün də bu, bizi çox narahat edir. Mən vətəndaş cəmiyyətlərini, beynəlxalq təşkilatları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram" — deyə H.Hüseynova əlavə edib.

Xəbər lenti
0