BAKI, 19 sentyabr — Sputnik. Ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanın avtomobil karvanının qarşısını iki ayı balası kəsib. Sputnik Ermənistan xəbər verir ki, bununla bağlı Ermənistan baş nazirinin köməkçisi Nairi Sarkisyan öz "Facebook" səhifəsində videogörüntü paylaşıb.
"Qarabağda gəzərkən qəflətən qarşımıza iki ayı balası çıxdı" — deyə Nairi Sarkisyan bildirib.
Bəzi mütəxəssis və istifadəçilər sosial şəbəkədə yayılan görüntülərə sərt şəkildə reaksiya veriblər: "Ayı balaları yolda nə edir?", "Ayı balaları harada gəzir?" "Əgər bu qurama deyilsə, onda baş nazirin həyatı təhlükə altındadır".