Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zakir Həsənov: "Bu xəbər məni dərindən sarsıtdı"

© Sputnik / Murad OrujovMüdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri general-polkovnik Zakir Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir ki, başsağlığında deyilir:

"Suriyda vurulmuş "İl-20" təyyarəsinin ekipajının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı. Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik".

Qeyd edək ki, Suriyanın Xmeymim əyalətində yerləşən Rusiya hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.

Rusiya prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan
Putin təyyarənin vurulmasına cavabdan danışdı: “Bunu hamı görəcək”

Rusiya hərbi bazasının komandanlığı axtarış-xilasetmə işlərinə başlayıb. "MarineTraffic" portalının məlumatına görə, hazırda Tartus limanı yaxınlığında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Professor Nikolay Murov" xilasetmə yedək gəmisi yer alıb.

Rusiya Müdafiə Nazirliyi (MN) qeyd edib ki, "İl-20" təyyarəsi İsrailə məxsus 4 ədəd "F-16" qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb.

Rəsmi Moskva hadisənin İsrailin məsuliyyətsiz davranışı və təhlükəli vəziyyət yaratması ucbatından baş verdiyini bəyan edir. İsrail tərəfi isə təyyarənin Suriyaya məxsus raket tərəfindən vurulduğunu iddia edir. Hadisə Moskva ilə Təl-Əviv arasında diplomatik gərginlik yaradıb.

 

Xəbər lenti
0