Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rəsmi Moskva hədəfi göstərdi: Təyyarənin vurulmasının günahkarı İsraildir

© AP Photo / Ariel Schalitİsrail F-16, arxiv şəkli
İsrail F-16, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Rusiya Müdafiə Nazirliyi baş verənlərə adekvat cavab vermək hüququnu özündə saxlayır"

BAKI, 18 sentyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi Suriyada "İl-20" təyyarəsinin vurulması nəticəsində 15 nəfərin öldüyünü bildirib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Самолет Ил-20 - Sputnik Azərbaycan
RUSİYA
Rusiya gözlənilməz zərbə aldı, bölgə yenidən qarışır

"İsrail hərbçilərinin məsuliyyətsiz addımları nəticəsində 15 Rusiya hərbçisi həlak olub. Bu, Rusiya – İsrail əməkdaşlığının ruhuna uyğun deyil" — deyə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, sözügedən təyyarə Suriyaya məxsus "S200" Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən havaya buraxılan raketlə vurulub. O da əlavə olunub ki, təhlükəli vəziyyət Latakiya rayonunda İsrail təyyarələri tərəfindən qəsdən yaradılıb.

Konaşenkovun sözlərinə görə, İsrail pilotları "İl-20" təyyarəsinin yaxınlığında manevr edərək ona Suriya Hava Hücumundan Müdafiə Komplekslərinin atəş açmasına səbəb olub. Bundan əlavə vurğulanıb ki, Rusiya təyyarəsi enişə hazırlaşdığından İsrailə məxsus aviasiyanın idarə olunması sistemləri onu mütləq şəkildə görməli idi.

"İsrail komandanlığı Suriyada planlaşdırılan əməliyyat barədə Rusiya komandanlığına xəbərdarlıq etməyib. "Qaynar xətt" üzrə bildiriş zərbələrə bir dəqiqədən də az qalmış müddətdə əldə olunub ki, bu da Rusiya təyyarəsini təhlükəsiz zonaya çıxarmağa imkan verməyib" — deyə Rusiya Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Konaşenkov vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyi baş verənlərə adekvat cavab vermək hüququnu özündə saxlayır. İsrailin Moskvadakı səfirliyi isə bu məlumatı şərh etməkdən imtina edib.

Xəbər lenti
0