Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tarixi İdlib razılaşması əldə edildi

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRəcəb Tayyib Ərdoğan və Vladimir Putin
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya və Türkiyə İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılığa gəlib

BAKI, 17 sentyabr — Sputnik. Rusiya və Türkiyə Suriyanın İdlib əyalətində terrorçuları məhv etmək üçün bütün səylərini səfərbər edəcəklər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən məlumat verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra bəyan edib.

"Cənab Putinlə görüşdə İdlib məsələsini həll etmək barədə razılığa gəldik. Suriya müxalifətinin nəzarətində olan əraziləri hərbsizləşdirmək lazımdır. O ərazilərə nəzarət edən müxalifət orada qalacaq, lakin eyni zamanda biz Rusiya ilə birlikdə həmin ərazilərdən bütün radikal qrupları çıxarmaq üçün əlimizdən gələni edəcəyik", — Ərdoğan bildirib.

Öz növbəsində Vladimir Putin Rusiya və Türkiyənin oktyabrın 15-dək İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılığa gəldiyini deyib.

Onun sözlərinə görə, hərbsizləşdirilmiş zona silahlı müxalifət və hökumət qoşunlarının təmas xətti boyunca 15-20 km dərinliyində olacaq.

Zonaya iki ölkənin xüsusi qrupları nəzarət edəcək.

Oktyabrın 10-dək bütün müxalifət qruplaşmalarının ağır silahları, tankları, reaktiv yaylım atəşi sistemləri, topları və minaatanları sözügedən zonadan çıxarılacaq.

Xəbər lenti
0