BAKI, 14 sentyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri ABŞ-ın Gürcüstandakı laboratoriyaların fəaliyyəti ilə bağlı məlumatları nəzərdən keçirir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu laboratoriyalarda insanlar üzərində ölümlə nəticələnən eksperimentlər keçirilə bilər.
Rusiya Müdafiə Nazirliyinin iddialarına əsasən bu məlumat Gürcüstanın sabiq dövlət təhlükəsizlik naziri İqor Qeorqadze tərəfindən ABŞ-ın hərbi-bioloji proqramının reallaşdırılmasını dair dərc olunan sənədlər göstərilir.
Qiorqadze Moskvada keçirilən mətbuat konfransında bəyan edib ki, ABŞ prezidenti Donald Tramp Riçard Luqar adına laboratoriyanın fəaliyyətini araşdırmaq xahişi ilə bağlı müraciət edib.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, hazırda ixtisaslaşmış mütəxəssislər dərc olunan sənədləri hazırlayır: "Bu analizin araşdırmalarına dair nəticələr Rusiya və beynəlxalq ictimaiyyətə təqdim olunacaq".