BAKI, 13 sentyabr — Sputnik. Avropa Birliyi Rusiyaya qarşı tətbiq edilən fərdi sanksiyaların müddətini uzadıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sanksiyalar 2019-cu ilin 15 martına qədər davam edəcək və bura aktivlərin dondurulması və səyahət məhdudiyyətləri də daxildir.
Moskvada bu addımı şərh edərkən bildirilib ki, Rusiya öz yoluna davam edəcək və sanksiyalara diqqət etməyəcək.
Qeyd edək ki, Avropa Şurası 2014-cü ilin mart ayında Avropa Birliyi "Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozmağa" görə ittiham olunan rus və ukraynalılara qarşı ayrı-ayrı məhdudiyyətlər tətbiq edib. Həmin vaxtdan bu sanksiya müntəzəm olaraq 6 ay müddətinə uzadılır.
İndi siyahıda 155 nəfər və 44 təşkilat var.
Moskva isə öz növbəsində onunla sanksiya dilində danışmağı qeyri-məhsuldar sayır.