BAKI, 10 sentyabr — Sputnik. Moskva meriyasına keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, seçki protokollarının 99%-i sayılıb.
Sergey Sobyanin
© Sputnik / Mikhail Voskresensky
/ Məlumata əsasən, Moskvanın hazırkı meri Sergey Sobyanin Moskva meri seçkilərində seçicilərinin 70,02%-nin səsini toplayıb. İkinci pillədə 11,44% səslə Dövlət Dumasının sabiq deputatı Vadim Kumın, üçüncü pillədə isə 7,06% səslə Taqansk bələdiyyəsinin rəhbəri İlya Sviridov qərarlaşır.
Ümumilikdə Moskva meriyasına keçirilən seçkilərdə seçici fəallığı 30,86% olub.
Qeyd edək ki, 2013-cü ildə keçirilən seçkilərdə Sobyanin seçicilərin 51,37%-nin səsini toplamışdı.