Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin-Paşinyan görüşünün ilk nəticələri bəlli oldu

© Sputnik / Mediabanka keçidПрезидент РФ В. Путин встретился с премьер-министром Армении Н. Пашиняном
Президент РФ В. Путин встретился с премьер-министром Армении Н. Пашиняном - Sputnik Azərbaycan
Abunə olmaq
O, eyni zamanda Rusiya və Ermənistan arasında əlaqələrin bundan sonra da ölkələrin maraqlarına hörmət edilməsi və daxili işlərə qarışmama prinsipləri əsasında qurulacağına ümid etdiyini bildirib

BAKI, 8 sentyabr — Sputnik. Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığın potensialı sona qədər açılmayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Moskvada Rusiya prezidenti Vladimir Putinlə keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Düşünürəm ki, bizim əsas məqsədimiz bizim münasibətlərdə olan potensialı həyata keçirməkdir. Təbii ki, bizim çox yaxşı əlaqələrimiz var. Lakin mən düşünürəm ki, dayanmaq lazım deyil. Ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi-texniki, humanitar əlaqələrin möhkəmləndirilməsi sahələrində böyük potensial var", — deyə Paşinyan vurğulayıb.

O, eyni zamanda Rusiya və Ermənistan arasında əlaqələrin bundan sonra da ölkələrin maraqlarına hörmət edilməsi və daxili işlərə qarışmama prinsipləri əsasında qurulacağına ümid etdiyini bildirib.

Xəbər lenti
0