Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycana yoluxucu xəstəlik keçə bilərmi - Qonşu ölkədən cavab

© Sputnik / Aleksey Sukhorukov / Mediabanka keçidПоголовье крупного рогатого скота, фото из архива
Поголовье крупного рогатого скота, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nodulyar dermatit və çiçək xəstəliyi sərhədlərimizə yaxınlaşır

BAKI, 5 sentyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (QTA) iri və xırda buynuzlu mal idxalçılarını heyvanları respublika ərazisinə gətirərkən təhlükəsizlik tədbirləri görməyə çağırıb. Çünki Rusiyanın Baytarlıq və Fitosanitariya üzrə Federal Xidməti yoluxma riski barədə xəbərdarlıq edib.

Gürcüstanla sərhəd bölgələrdə nodulyar dermatit xəstəliyinə qarşı dezinfeksiya aparılır - Sputnik Azərbaycan
Gürcüstanda yoluxucu xəstəlik yayılır, Azərbaycanda önləyici tədbirlərə başlanıb

QTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı Rusiya ərazisində, eləcə də Federasiyanın Samara, Kurqan və Çelyabinsk vilayətlərində çox sayda iribuynuzlu ev heyvanında nodulyar dermatit xəstəliyinin aşkarlandığını müəyyən edib. Eyni zamanda, QTA bildirib ki, Moskva vilayətinin Şaxov rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliyi aşkarlanıb.

Azərbaycandakı mal-qaranın yoluxma ehtimalını nəzərə alaraq, QTA AR Dövlət Gömrük Komitəsinə Rusiyanın bir sıra regionlarından respublikamıza gələn və gömrük-buraxılış məntəqəsindən keçən nəqliyyat vasitələrini dezinfeksiya etmək xahişi ilə müraciət edib.

Sputnik Azərbaycan Rusiyanın Baytarlıq və Fitosanitariya üzrə Federal Xidmətinə müraciət edərək Azərbaycandakı heyvanların nodulyar dermatit xəstəliyinə tutulması ehtimalının nə dərəcədə inandırıcı olduğunu soruşub. Rusiyanın sözügedən qurumunun verdiyi məlumata görə, həmin xəstəliyə yoluxma halı RF-in Kurqan, Samara, Orenburq və Çelyabinsk vilayətlərində qeydə alınıb. Yəni, həmin vilayətlər Azərbaycanla həmsərhəd olmadığı üçün, belə bir ehtimal inandırıcı hesab edilmir.

Nodulyar dermatit heyvanlar üçün xüsusi təhlükəli xəstəlikdir və yoluxucu xəstəliklərə aid edilir. O, heyvandarlığa ciddi iqtisadi zərər vurur. Bu xəstəliyə yoluxan heyvanların bir qayda olaraq 10-45%-i ölür. Lakin bu xəstəlik istehlakçılara heç bir təhlükə yaratmır.

Rusiyada nodulyar dermatitin yayılması ilə bağlı proqnoz xoşagələn deyil. Ekspertlər xəstəliyin digər regionlara, eləsə də ölkənin sərhəd bölgələrinə yayıldığı barədə də məlumatlar alırlar. Bu xəstəlik hətta Ukrayna və Qazaxıstanla sərhəddə də müşahidə edilib. Bu ölkələrdə də artıq buynuzlu ev heyvanlarının xəstəliyə yoluxduğu barədə məlumatlar dolaşmaqdadır.

Bir qayda olaraq, yoluxma prosesi xəstə heyvanla sağlam heyvanın kontaktları zamanı baş verir. Eyni zamanda infeksiya, əgər yaxınlıqda xəstə heyvan varsa, su və hava ilə, həmçinin qida və yoluxmuş heyvanın südü ilə də yoluxa bilər.

Rusiyalı heyvandarlar nodulyar dermatit infeksiyasının mal-qara arasında daha geniş yayılmasının qarşısını almağa çalışırlar. Eyni zamanda, heyvanların qoyun çiçəyi virusundan alınmış zərdabla peyvənd edilməsi, zərurət yarandığı təqdirdə karantin tətbiq olunması nəzərdə tutulur.

İlk dəfə nodulyar dermatit 2015-ci ilin sentyabrında Rusiyada iribuynuzlu heyvanlarda qeydə alınıb. Bundan əvvəl ölkə ərazisində mal-qarada bu xəstəlik müşahidə edilməyib. İlk dəfə bu hal Çeçenistan və Dağıstanın sərhədyanı ərazilərində qeydə alınıb.

Xəbər lenti
0