BAKI, 5 sentyabr — Sputnik. İnsanların hərəkətsiz olmasını, bunun da onların sağlamlıqları üçün çox ziyanlı olmasını nəzərə alan Moskva metropoliteni maraqlı aksiya keçirir.
Belə ki, metronun girişində xüsusi aparat quraşdırılıb. İstənilən sərnişin 30 dəfə oturub-duranda (idman edəndə) ona avtomatik olaraq metrodan istifadə bileti verilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb. Videonu sizə təqdim edirik: