Son bir neçə həftədə Qafqazın və Xəzər regionunun siyasi memarlığının formalaşmasına, eləcə də bir sıra digər ölkələrin maraqlarına toxunan vacib hadisələr baş verib. Bu hadisələrin fonunda Xəzərin hüquqi statusu ilə bağlı sammit və Azərbaycan prezidenti İlham Əliyevin Rusiya səfəri xüsusi yer tutur.
Baş verən hadisələrin iki ölkənin qarşılıqlı münasibətlərinə və regiondakı siyasi proseslərə necə təsir göstərəcəyi barədə rusiyalı politoloq və ictimai xadim Sergey Markov 4 sentyabr saat 11:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində danışacaq.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Ünvan: Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.