Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"İlham Əliyevin Soçi səfəri iki ölkənin münasibətlərində yeni səhifə açacaq"

© Sputnik / Irade JELILПресс-конференция "О связях Баку и Москвы, возможности участия страны в ОДКБ и многом другом"
Пресс-конференция О связях Баку и Москвы, возможности участия страны в ОДКБ и многом другом - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: "Azərbaycanla Rusiya arasındakı kompromis onu göstərir ki, bu ölkələr arasında əlaqələr dərin əməkdaşlığa keçə bilər"

BAKI, 31 avqust — Sputnik. Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Cənubi Qafqaz" politoloqlar klubunun 58-ci iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclasda politoloqlar Rusiya-Azərbaycan əlaqələri və perspektivlərini, prezident İlham Əliyevin Soçiyə səfərini və digər məsələləri müzakirə ediblər.

Пресс-конференция О связях Баку и Москвы, возможности участия страны в ОДКБ и многом другом - Sputnik Azərbaycan
SİYASƏT
"Rusiya ictimai mühitində Azərbaycana münasibət müsbətə doğru dəyişib"

Politoloq Fikrət Sadıxov çıxış edərək bildirib ki, Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir və bunun daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur: "Artıq regionda və dünyada vəziyyət dəyişib. Bu dəyişikliklər regiondakı ölkələrin əməkdaşlığını zəruri edir. Əməkdaşlığın bu forması regiondakı bütün ölkələrin maraqlarına cavab verir. Məsələn, bir neçə onillik ərzində həllini tapmayan Xəzər dənizinin hüququ statusu problemi bu il həllini tapıb".

Onun fikrincə, bunun əsas səbəblərindən biri də dünyada gedən proseslər olub: "Bunu Azərbaycanın siyasi uğuru da adlandırmaq olar".

Politoloq bildirib ki, Azərbaycan və Rusiyanın dövlət başçıları arasındakı münasibətlər də iki ölkə arasında əlaqələrin inkişafına töhfəsini verir: "Çünki münasibətlər kifayət qədər açıqdır və səmimidir. Prezident İlham Əliyevin Rusiyaya səfəri münasibətlərin daha da yüksək səviyyəyə qalxmasına şərait yaradacaq".

Tədbirdə çıxış edən politoloq Zaur Məmmədov Rusiya-Azərbaycan münasibətlərinə nəzər salıb: "90-cı illərdə iki ölkə arasında böyük problemlər var idi. Lakin iki ölkə liderinin tutduğu prinsipial mövqe bugünkü vəziyyətə gətirib çıxardıb və bu gün tərəflər istər siyasi, istər iqtisadi məsələlərdə ortaq məxrəcə gələ bilirlər".

Siyasi şərhçinin sözlərinə görə, bəzən Azərbaycan-Rusiya münasibətlərinə skeptik yanaşırlar: "Düşünürlər ki, beynəlxalq münasibətlərdə geosiyasət çox önəmlidir və əgər bir ölkənin geosiyasi maraqlarından söhbət gedirsə, Azərbaycan-Rusiya birliyindən danışmaq olmaz. Lakin tarix bunun əksini göstərir. Tarix göstərir ki, geosiyasi cəhətdən bir olan dövlətlər müəyyən vaxtlarda bir-birinə qarşı vuruşublar və yaxud əksinə olub. Məsələn, Rusiya və Türkiyə geosiyasi cəhətdən rəqib idilər. Lakin bugünkü vəziyyət ona gətirib çıxardıb ki, onlar rəqib deyil, müttəfiqdirlər və birlikdə hərəkət edirlər. Rusiya-Azərbaycan münasibətləri də buna misal ola bilər".

"İstər Xəzərdə Konvensiyanın imzalanması, istər Cənub-Şimal və Qərb-Şərq nəqliyyat dəhlizlərində Rusiyanın tutduğu mövqe və Azərbaycanla Rusiya arasındakı kompromis onu göstərir ki, bu ölkələr arasında əlaqələr dərin əməkdaşlığa keçə bilər" — deyə politoloq bildirib.

Onun qənaətincə, hələlik Azərbaycanın apardığı balanslı siyasət ən optimal siyasətdir: "Çünki xarici siyasi fəaliyyətimizdə əsas istiqamət məhz Dağlıq Qarabağ probleminin həllidir. Bu problemin həllində Azərbaycan üçün hansı istiqamət yararlıdırsa, sərfəlidirsə, o istiqaməti seçəcəyik".

"Sabah prezident İlham Əliyevin çox vacib Soçi səfəri gözlənilir. Bu səfər bir çox məqamlara işıq tutacaq və əminəm ki, Rusiya-Azərbaycan münasibətlərində yeni səhifə açılacaq" — deyə Z.Məmmədov əlavə edib.

Xəbər lenti
0