BAKI, 30 avqust — Sputnik. Rusiya, Türkiyə və İran prezidentlərinin görüşünün yeri dəyişdirilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyənin İrandakı səfiri Rıza Hakan Tekin açıqlama verib.
O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin arasında Təbrizdə keçirilməsi planlaşdırılmış görüş Tehranda baş tutacaq.
Məlumata görə, görüşün əsas mövzusu Suriya problemidir. Daha əvvəl üç liderin sentyabrın 7-də Təbrizdə görüşəcəyi bildirilmişdi.
Qeyd edək ki, üç ölkə liderinin Suriya ilə bağlı bundan əvvəlki görüşləri Soçi və Ankarada keçirilib.