Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Rusiya əleyhinə sanksiyaların əsl səbəbini açıqladı

© Sputnik / Maksim Blinov / Mediabanka keçidSer gey Lavrov
Ser gey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya ilə münasibətlər ABŞ-ın daxili siyasət mübarizəsində "oyun kartına" çevrilib

BAKI, 22 avqust — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya əleyhinə sanksiyalar Suriya və Ukraynaya görə qəbul olunmayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Təbii ki, hamıya aydındır ki, Rusiya əleyhinə sanksiyalar Suriya, Ukrayna, Krıma görə deyil, vicdansız rəqabət metodlarından istifadə etməklə Rusiyanın qarşısını almağa dair tamamilə perspektivsiz siyasət yürütmək istəyinə görə qəbul olunub", — deyə Lavrov qeyd edib.

O, vurğulayıb ki, Rusiya ilə münasibətlər ABŞ-ın daxili siyasət mübarizəsində "oyun kartına" çevrilib.

Xəbər lenti
0