Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yük maşınından uçan örtük ölümə səbəb oldu - VİDEO

© Sputnik / Murad OrujovГрузовики в очереди в пункте пропуска, фото из архива
Грузовики в очереди в пункте пропуска, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İki nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb

BAKI, 17 avqust — Sputnik. Avqustun 16-da Krasnodarda 6 avtomobilin – iki minik və 4 yük maşınının iştirakı ilə ağır qəza başa verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qəza ağır yüklü "KAMAZ"ın üzərindəki böyük örtüyün düşməsi nəticəsində baş verib. Belə ki, örtük qarşıdan gələn MAZ avtomobilinin kabinəsinin üzərinə düşüb. Nəticədə sürücü idarəetməni itirib və öz xəttindən çıxıb. MAZ avtomobili MAN konteyner daşıyan avtomobillə toqquşub. Sonra isə zibildaşıyan "KAMAZ" avtomobilinə dəyib. Qəzada iki minik avtomobilinə də zərər dəyib. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

 

Xəbər lenti
0