Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə-Rusiya əlaqələrində gözlənilən addım atılacaq

© Sputnik / Murad OrujovГлава МИД Турции Мевлют Чавушоглу
Глава МИД Турции Мевлют Чавушоглу - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə və Rusiya arasında 2015-ci ildəki təyyarə böhranının ardından diplomatik və iqtisadi böhran baş vermişdi

BAKI, 16 avqust — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iş adamları və rəsmi pasport daşıyanlar üçün vizaların qaldırılması məsələsində Rusiya ilə razılaşdıqlarını açıqlayıb.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Çavuşoğlu dünən Türkiyəyə rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşləri zamanı bu qərarın qəbul olunduğunu bildirib.

Lavrov bildirib ki, iş adamlarına, xüsusilə yük avtomobili sürücülərinə, rəsmi pasport sahiblərinə, xidməti pasport sahiblərinə vizaların qaldırılması məsələsində prinsipdə razılaşıblar: "Bayramdan sonra işçi qruplarımız bir araya gələcək və bunu qüvvəyə mindirəcəyik. Arzumuz budur ki, vizalar tamamilə qalxsın".

Qeyd edək ki, Türkiyə və Rusiya arasında 2015-ci ildəki təyyarə böhranının ardından diplomatik və iqtisadi böhran baş vermişdi. Rusiya əvvəlcə pasport sahibi olan türk vətəndaşlarına viza tətbiq etmiş, sonra bunu xidmət və xüsusi pasport sahibi vətəndaşları da əhatə edəcək şəkildə genişləndirmişdi. Türkiyə də bu qərarların ardından xidməti pasport sahibi olan Rusiya vətəndaşlarına viza tətbiq etməyə başlamışdı.

Xəbər lenti
0