Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı soyadını dəyişsə də ələ keçdi

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Barmaq izi götürləndən sonra Salehzadənin yeni bir cinayət işinin iştirakçısı olduğu məlum olub

BAKI, 14 avqust — Sputnik. Omskda 33 yaşlı Azərbaycan vətəndaşı həbs edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Əli Salehov uzun müddət təhlükəsizlik xidmətinin nəzarətində olub.

Polis tərəfindən saxlanılan Əli Salehovun iri etnik cinayətkar dəstə ilə əlaqəli olduğu ehtimal edilir.

Məlumata görə, Əli Salehov daha əvvəl Saxalində soyğunçuluğa görə həbs edilərək, 8 il müddətinə azadlıqdan məhrum edilibmiş. Bundan sonra Salehov ölkədən çıxarılıb. O Azərbaycanda soyadını dəyişib Salehzadə edib. Bu səbədən onun şəxsiyyətinin dəqiqləşdirilmsi üçün barmaq izi müayinəsi keçirilib.

Barmaq izi götürləndən sonra Salehzadənin yeni bir cinayət işinin iştirakçısı olduğu məlum olub.

Məlumata görə, 8 illik həbsxana həyatında Salehzadə yerli kriminal mühiti ilə əlaqə yaradıb. Azərbaycan vətəndaşının silahlı çox sayda şəkilləri var. Bəzi məlumatlara görə, Salehzadənin iş adamlarından borclarını toplayan və onlardan pul qoparan dəstə ilə əlaqəli olduğu ehtimal edilir.

Ancaq bu sübut olunmasa belə, Salehzadəni sərhəddi qanunsuz keçdiyinə və narkotik saxladığına görə həbsxanaya həyatı gözləyir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Salehzadə 4 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Xəbər lenti
0