BAKI, 12 avqust — Sputnik. Rusiyanın Voloqda şəhərində yaşyarımlıq körpə bağçadan çıxaraq gedib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb. Videodan görünür ki, əynində təkcə pampers olan oğlan binadan çıxır və yola düzəlir.
Bir qədər sonra uşağı axtarmağa çıxan bağçanın əməkdaşları onu tapa bilməyib.
Məlumata görə, uşağı küçədən keçən bir qadın taparaq başqa bağçaya aparıb.
Bağçanın əməkdaşları qonşu bağçaya zəng edərək, müəyyən ediblər ki, itən uşaq onların bağçasına aiddir.
Qeyd edək ki, uşağın yoxa çıxdığı təsbit olunana qədər heç kəs onun bağçada olmadığının fərqinə varmayıb.
İstintaq Komitəsi və prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Uşağı nəzarətsiz qoyan tərbiyəçi isə işdən azad edilib.