BAKI, 9 avqust — Sputnik. Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan istirahətdən sonra ölkəyə qayıdıb və Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gedib. Bu barədə Sputnik Ermənistan "Jovohurd" nəşrinə istinadən xəbər verir.
Nəşr yazır ki, Sarqsyan 10 gün müddətinə xaricdə olub və İtaliyada istirahət edib. İstirahətdən gəldikdən sonra qısa müddətdə Yerevanda olub, daha sonra o, anasını görmək üçün Qarabağa gedib. Artıq üç gündür ki, Sarqsyan Xankəndidədir.
Ermənistanın üçüncü prezidentinin ofisinin rəhbəri Nairir Petrosyan Sarqsyanın ölkəyə qayıtdığını təsdiqləyib. Onun sözlərinə görə, Sarqsyan artıq bir həftədən çoxdur ki, Ermənistana gəlib.